27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda ABŞ dollarına tələbin artdığı müşahidə edilir

Azərbaycanda 2022-ci ilin mart ayında nağd ABŞ dollarına tələbin artdığı müşahidə edilib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, martın son hərracında 72.2 milyon ABŞ dolları həcmində Dövlət Neft Fondu tərəfindən banklara valyuta satılıb. Hərracların nəticəsində dollar/manat cütlüyü üçün rəsmi məzənnə 2017-ci ilin martından bu tərəfə müəyyən olunan – 1.70 səviyyəsində müəyyən olunub.

Martın 8 valyuta hərracında 526.2 milyon ABŞ dolları satılmış oldu. Bu da o deməkdir ki, öncəki fevral ilə müqayisədə 41.7% və 2021-ci ilin martı ilə müqayisədə isə 32.3% artımdır.

Bununla da, 2022-ci il ərzində manatın “lövbər” məzənnədə qalması üçün Azərbaycanın suveren fondu ARDNF banklara 1 milyard 624 milyon ABŞ dolları satmış olub.

Mart ayının 29-dakı valyuta hərracında ABŞ dollarına tələbin 2022-ci ilin 16 valyuta hərracında ilk dəfə 100 mln. dolları örtməsinə AMB-dən dərhal reaksiya gəldi. Maliyyə bazarlarının requlyatoru bunu bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədar olduğunu dedi.

2347842734

Amma bu da qeyd edilməlidir ki, 2022-ci ilin ilk üç ayındakı hərraclarda satılan ABŞ valyutası öncəki ili 142 mln. dollar, yaxud 9.6% artım ilə üstələyir. Burada böyük artım payı yanvar ayının payına düşür (727 mln. dollar).

Qeyd edək ki, hazırda iki qonşu Rusiya və Ukrayna arasında baş verən döyüşlər ardından qida və enerji təchizatı ilə bağlı böyük narahatlıqlar yaranıb. Bu səbəbdən Azərbaycanın əsas ticarət tərəfdaşları Rusiya və Türiyənin milli valyutaları kəskin dəyər itirib. Avropanın vahid valyutası dollar qarşısında ucuzlaşıb.

Azərbaycana valyuta daxil olmasında əsas pay sahibi olan neft hazırda bir barreli üçün fevralın ikinci dekadasından sonra 100 dolların üzərində ticarət olunur. Lakin, buna rəğmən ölkəyə idxal olunmuş bir çox məhsullarında qiyməti logistik xərclər səbəbi ilə bahalaşmaqdadır.

Bu qeyri-müəyyənliklərə rəğmən Azərbaycan Mərkəzi Bankı da 2022-ci ilin pul siyasəti ilə bağlı açıqlamasında mümkün qədər manatın məzənnəsini qoruyacağını və bununla da xaricdən idxal olunan inflyasiyanın mümkün qədər zəiflətməsini hədəfləyib.

Son xəbərlər
Digər xəbərlər