15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda bank kartlarının sayı 231 min ədəd artıb

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nəzərən 231 min ədəd artaraq 13 milyon 488 min ədəd təşkil etmişdir.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.7% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 18.3%, kredit kartları üzrə 28.8% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 157 min, kredit kartları 414 min, digər kartlar isə 1.6 mln. ədəd artıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər