10 C
Baku
Thursday, December 26, 2024

Azərbaycanda bankların biznes kreditlərində “iştahı artır” – sorğu

2024-cü ilin üçüncü rübündə sorğu nəticələrinə əsasən, kiçik və orta sahibkarlıq (KOS)  və  iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik müşahidə edilməsə də, mikro sahibkarlıq subyektləri üzrə kredit standartlarında yumşalma davam etmişdir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi cari ilin III rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrində deyilir.

“Banklar tərəfindən növbəti rübdə həm MKOS, həm də iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda dəyişiklik olmayacağı gözlənilir”, – deyə sorğuda bildirilir.

Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2024-cü ilin III rübündə KOS subyektlərinə verilən kreditlər üzrə tələbdə dəyişiklik müşahidə edilməmiş, mikro sahibkarlıq subyektləri üzrə tələbdə isə qismən artım müşahidə edilib. Nəticələrə əsasən, iri sahibkarlıq subyektləri üzrə tələbdə cari ilin əvvəlki rübü ilə müqayisədə cüzi artım müşahidə edilib.

Banklar 2024-cü ilin növbəti rübündə ümumi biznes kreditləri, o cümlədən mikro sahibkarlıq subyektləri üzrə kredit tələbində artım olacağını gözləyirlər.

2024-cü ilin III rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların maliyyələşmə dəyəri, ümumi iqtisadi gözləntilər və bankın risk iştahası olmuşdur. Uçot faiz dərəcəsinə dair gözləntilər isə biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir edib.3 3 4 3

Son xəbərlər
Digər xəbərlər