Azərbaycanda “Bitcoin” səfirliyi (“Bitcoin Embassy Azerbaijan”) açılacaq.Bunu layihə rəhbəri Səbinə Məmmədli deyib.Onun sözlərinə görə, hazırda qeyd olunan məsələyə dair ADA Universiteti ilə danışıqlar aparılır.”Layihənin nə zaman start veriləcəyi danışıqların nəticəsindən asılı olacaq. Layihənin icrası ilə bağlı həmçinin “Cisco” şirkəti ilə də danışıqlar aparılır. Qeyd edim ki, hazırda “Bitcoin Embassy” qonşu Gürcüstanda fəaliyyət göstərir. 
Layihə rəhbəri onu da bildirib ki, Gürcüstanın “Bitcoin” səfirliyi (“Bitcoin Embassy Georgia”) hazırda bu təşəbbüsü bir çox MDB ölkələrində həyata keçirir.







