20 C
Baku
Thursday, May 30, 2024

Azərbaycanda bu hotellər 30% ƏDV qaytaracaq – Rəsmi

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanunu təsdiq edib. Qanunvericiliyə edilmiş dəyişikliklərdən biri də nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə tətbiq olunan “ƏDV geri al” layihəsi ilə bağlıdır. Qeyd edək ki, 2020-ci ildən ölkədə tətbiq olunan “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, 2023-cü ilin 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Bu dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılmasıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş digər bir dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər