6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bu il resessiya qaçılmazdır: 2020 və 2021 üçün 3 ssenari

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (İN) tərəfindən hazırlanmış 3 ssenari üzrə proqnozlar verib.

Hökumət 3 ssenari dedikdə neftin bir barelinin qiymətinin 35, 40, 45 ABŞ dollarını (və Brent nefti) nəzərdə tutur. Hər üç proqnoz bu il Azərbaycanın ümumi daxili məhsulunun həcminin cari ilin sonun qədər azalacağını bildirir. Bu barədə Banker.az Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamaya istinad edir.

Məslən, hökumətin hazırkı proqnozuna əsasən baza, 40 $/barel ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3.7 faiz az olmaqla 70.9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2.9 faiz az olmaqla 50.4 mlrd. manat həcmində proqnozlaşdırılır.

Yox, əgər, “qara qızıl” qiymətində 5 dollar daha ucuz, yəni 35$/barel səviyyəsində ticarət olunarsa, o zaman, iqtisadiyyatımızın resessiyasının (iqtisadiyatın kiçilməsi) 4.3% yüksəlməsi qaçılmazıdır. Məlumat kimi bildirək ki, bu rəqəm son 10 ildə rastalmadğımız bir resessiyadır.

İN-nin 2021-ci ildə Azərbaycan iqtisadiyyatının neft üzrə proqnoz edilən ssenarilərin hər üçündə nikbin proqnoz verir. Hətta neftin qiyməti 35 $/barel olsa belə gələn il ərzində ölkə iqtisadiyyatında (ÜDM) 3% artımın proqnoz edilir. Ümidverici proqnoz reallaşarsa, yəni, neftin bir barelinin dəyəri 45$ olarsa, o zaman, iqtisadiyyatımızda 3.8% üzərində inkişaf gözlənilir.

2021-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun pay bölgüsündə ən böyük (33.2 faiz) çəkiyə malik sənayedə 25 milyard manatlıq, kənd təsərrüfatında 5.6 milyard manatlıq (xüsusi çəkisi 7.4 faiz), tikintidə 5.7 milyard manat, xidmətlərin istehsalında isə 31.8 milyard manat həcmində əlavə dəyər istehsal ediləcəyi gözlənilir. Məhsula və idxala xalis vergilər ÜDM-in strukturunda 9.7 faizə bərabər xüsusi çəkiyə malik olmaqla 7.3 milyard manat təşkil edəcəkdir.

23456

Son xəbərlər
Digər xəbərlər