2 C
Baku
Monday, March 4, 2024

Azərbaycanda bu məbləğə qədər olan əmanətlərin vergidən azad olunması təklif edilir

“Bu ilin geridə qalan aylarında əhalinin banklardakı depozitlərinin aylıq həcmində 2 dəfə azalma qeydə alınıb”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, ilk hal bu ilin fevral ayında baş verdi və depozit məbləği 27 milyon manat azaldı:

“Bu, 2021-ci ilin avqust ayından sonra ilk azalma idi. Əhalinin banklarda olan əmanətlərinin azalması ötən ayda da qeydə alındı. Belə ki, avqustun 1-nə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşdü”.

V. Bayramovun sözlərinə görə, banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərir:

Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir.

Bu kontekstdən daha məqsədəuyğun olardı ki, “Vergi Məcəlləsinə” dəyişiklik edilərək əmanətlər üzrə diferensial vergi güzəşti tətbiq olunsun. Təklif edirik ki, qorunan əmanətlər, eyni zamanda vergidən azad olunsun. Bu halda, 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər ki, bu da depozit yığımlarını stimullaşdıraraq daha da artırar”.

Parlamentari bildirib ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsilə real sektora yönəldilməsi üçün differensial vergi güzəştinin tətbiqinə ehtiyac var. Onun sözlərinə görə, bu, həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər