5 C
Baku
Saturday, December 14, 2024

Vüqar Bayramov

Qisa informasiya

Azərbaycanlı iqtisadçı, Vl çağırış Azərbaycan Milli Məclisinin deputatı.

  • 13 iyun 1975-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub.

Təhsili:

  • İbtidai təhsilini Aşağı Rəfədinli kənd orta məktəbində alıb.
  • Orta təhsilinin bir hissəsini Füzuli şəhər Bünyad Sərdarov adına orta məktəbdə, bir hissəsini isə Bakı Şəhəri Fizika-riyaziyyat təmayüllü məktəbdə alıb.
  • 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
  • 1997-ci ildə ADİU-nun aspiranturasına daxil olub.
  • 2002-2004-cü illərdə ABŞ-n Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb.
  • 2002-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, 19 mart 2018-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsinin ilkin müdafiəsini edib.
  • 2004—2008-ci illərdə ABŞ, Kanada və Avropa ölkələrinin aparıcı universitetlərində müxtəlif təhsil proqramlarında iştirak edib.
  • ABŞ-də təhsil alan zaman yeni instutsional iqtisadiyyat üzrə tədqiqatlarda fərqləndiyinə görə Nobel mükafatçısı, dünyaca tanınmış iqtisadçı Ronald Kosun imzaladığı xüsusi diploma da layiq görülüb.
  • “Avstriya Liderlik Proqramları”nın ilk azərbaycanlı məzunudur.

Əmək fəaliyyəti:

  • Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun ilk azərbaycanlı həmsədri olub.
  • Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi və Aİ Şərq Tərəfdaşlığı Proqramının Rəhbər Komitəsinin üzvü və Şərqi Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunda qrup əlaqələndiricisi seçilib.
  • İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təsisçisi və sədri (Azərbaycanda ilk beyin mərkəzi)

2010-cu ildə İordaniyada Kral İslam Strateji Araşdırmalar Mərkəzi (RISSC) Vüqar Bayramovu dünyanın ən nüfuzlu 500 müsəlmanından biri elan edib.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər