28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bu sahədə işləyənlərin orta aylıq əməkhaqqısı 4 291 manat olub

Azərbaycanda mədənçıxarma sənayesində çalışanların orta aylıq əməkhaqqısı artıb.

Dövlət Statistika Komitəsinin məlumatına  görə, bu göstərici 2020-ci ilin yanvar ayı ərzində 3 048 manat təşkil edib. Beləliklə, bu sektorda çalışanların əməkhaqlaqında aylıq müqayisədə 214.6 manat və ya 7% artım qeydə alınıb.

Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 638.2 manat olub, özəl sektorda isə bu göstərici 4 291.3 manat təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilə nisbətən 11.4 faiz artaraq 707.3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 326.3 manat, qeyri neft-qaz sektorunda 651.2 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 631.1 manat, özəl müəssisələrdə isə 801.8 manat olub.

Son xəbərlər
Digər xəbərlər