21 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Azərbaycanda COVID-19 pasportu olmayanlar barədə qərar veriləcək

Screen Shot 2021 09 02 at 14.34.20

“COVID-19-a qarşı peyvəndin əks göstəriş olduğu (allergiya, qıcolma), yoluxub sağalmış, amma koronavirus testindən keçməyən, COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı olmayan şəxslərlə bağlı növbəti mərhələlərdə qərar veriləcək”.

Bu barədə hökumətdəki mənbədən məlumat verilib.

Bildirilib ki, COVID-19 pasportuna sahib şəxslər pasportu olmayanlarla müqayisədə üstünlüyə malik olacaq və bir çox imtiyazlardan istifadə edəcəklər:

“Peyvəndin əks göstəriş olduğu şəxslərin yoluxub sağalmış, vaksinasiyadan keçmiş şəxslərə nisbətdə yoluxma riski daha çox baş verdiyindən onlar özlərini daha çox qorumalı və maskadan mütləq şəkildə istifadə etməlidirlər. Amma hazırda bununla bağlı konkret qərar və qaydalar müəyyənləşməyib”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Modern.az
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər