8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Azərbaycanda fəaliyyət göstərən bank kiçilib

İran Milli Bankının Bakı filialı bu ilin 9 ayını 963 min 855 manat manat mənfəətlə başa vurub. Filial ötən ilin eyni dövründən 898 min 384 manat xalis mənfəətlə çıxmışdı.

Banker.az xəbər bankın maliyyə hesabatına istinadən xəbər verir ki, İran Milli Bankının Bakı filialının mənfəəti 7.3% artıb.

Yanvar-sentyabr aylarında İran bankının faiz gəlirləri 2 milyon 586 min manat (illik müqayisədə 33.3% çox), faiz xərcləri 233 min 920 manat (29.3% çox), Aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalar 876 min 839 manat (5.7 dəfə çox) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə İran bankının aktivləri 86 milyon 486 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 8% azdır. Bunun 9 milyon 937 min manatı müştərilərə verilmiş  kreditlərdir. Son 9 ayda Bakı filialının kredit portfeli 2 dəfə böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 14.5% azalaraq 48 milyon 144 min manat, balans kapitalı isə 3% artaraq 38 milyon 343 min manat olub.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,611 milyon manatdır.

m3

m2

 

Son xəbərlər
Oxşar xəbərlər
X