Hansı banklar taksit kartı təklif edir? – SİYAHI

0

BANKLARIN TƏQDİM etdiyi kart məhsulları arasında taksit kartları mühüm yer tutur. Bəs bu gün Azərbaycanda taksit kartları istehlakçılara hansı şərtlər təklif edirlər?

  • (Taksit kartı – bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz (bəzi hallarda ödənişli) təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır.)

Banker.az-ın araşdırması nəticəsində məlum olur ki, bu gün Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si taksit kartı təqdim edirlər. Belə ki, Expressbank – SmileCard, Bank of Baku – Bolkart, Unibank – Albalı Plus, Kapital Bank – Birkart, Yapı Kredi Bank – World Card, Bank Respublika – Pay Kart və Azərbaycan Sənaye Bankı – Extra Card taksit kartlarını müştərilərinə təklif edirlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Taksit kartların ortaq özəlliyi ondan ibarətdir ki, ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın istifadə müddəti ərzində müştəri tərəfindən dəfələrlə istifadə oluna bilər.

Bankların təqdim etdiyi taksit müddəti 60 aya qədəri əhatə edir.

 Kartın adı

Limit

Kartın qiyməti

Kartın müddəti

Minimum əmək haqqı 

Albali Plus (Unibank KB)

300-5 000 AZN

20 AZN

60 ay

100 AZN

BirKart ( Kapital Bank)

100-10 000 AZN

15 AZN

36 ay

135 AZN

Bolkart Gənc (Bank of Baku)

200- 10 000 AZN

10 AZN

60 ay

200 AZN

Smilecard (Expressbank)

100 – 4 000 AZN

Pulsuz

48 ay

300 AZN

Extra Card (ASB Bank)

1 – 1 490 AZN

15 AZN

36 ay

250 AZN

Paycard ( Bank Respublika)

500- 3 000

Pulsuz

60 ay

250 AZN

World Card (Yapı Kredi Bank)

Şəxsə görə dəyişir

Pulsuz

60 ay

250 AZN