25 C
Baku
Friday, July 19, 2024

Azərbaycanda hibrid və elektromobil kreditləri üzrə ilkin ödəniş açıqlanıb

Azərbaycanda hibrid və elektromobil kreditləri üzrə ilkin ödəniş aşağı faizlə tətbiq ediləcək. Belə ki, elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobil alınan zaman isə 20% olacaq.

Yenilik Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun təsdiq etdiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da öz əksini tapıb. Qeyd edək ki, sözügedən yenilik istehsal tarixi 3 ilə qədər olan elektromobil və 1 ilə qədər hibrid avtomobillərə şamil edilir.

Elektromobilin istehsal tarixi 3 ildən artıq olduqda, hibrid avtomobillərdə isə 3 ilə qədər olduqda ilkin ödəniş 40% təyin edilir. İstehsal tarixi 3 ildən çox olduqda hibrid avtomobillərdə ilkin ödəniş kreditin 50%-i həcmində nəzərdə tutulub.

Qeyd edək ki, bu qaydaya əsasən ənənəvi yanacaqla çalışan yeni avtomobillər üzrə kreditin ilkin ödənişi 40% saxlanılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər