-1 C
Baku
Friday, March 1, 2024

Azərbaycanda investisiya şirkətinin rəhbəri dəyişdi

“PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin rəhbəri dəyişdirilib.

Banker.az-ın əldə etdiyi xəbərə görə, “PSG-Kapital İnvestisiya Şirkəti”nin səhmdarlarının qərarı ilə Fərid Məmmədov Ruslan oğlu şirkətin baş icraçı direktoru təyin edilib.

2016-cı ilin iyun ayından bu vəzifədə Şahin Rəcəbov Fəxrəddin oğlu idi.

Fərid Məmmədov – 2014-cü ilin oktyabrından 2022-ci ilin dekabrına qədər “AzFinance İnvestisiya Şirkəti” QSC-də çalışıb. 2014-cü ilin oktyabrından 2016-cı ilin iyuluna qədər investisiya şirkətinin Yerli bazarlar üzrə departamentinin rəhbəri, 2017-ci ilin mayından 2019-cu ilin dekabrına qədər Əməliyyatlar departamentinin rəhbəri və 2019-cu ilin dekabrından 2022-ci ilin dekabrına qədər “AzFinance”nin baş icraçı direktorunun müavini vəzifəsində çalışıb.

2023-cü ilin yanvarından 2023-cü ilin aprelinə qədər isə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Əməliyyatlar departamentinin direktoru idi.

Daha öncə isə Bakıda fəaliyyətdə olmuş “Chelsea Capital” adlı şirkətdə çalışıb.

Xatırladaq ki, “PSG-Kapital İnvestisiya Şirkəti” ASC 2012-ci ildə təsis edilib. Şirkətin 6.25 mln. manatlıq nizamnamə kapitalının 100% payçısı Faiq Məmmədov adlı fiziki şəxsdir. Səhmdar həm də “PSG Finans bank olmayan kredit təşkilatı”nın 12.5%-lik həmtəsisçisidir. İnvestisiya şirkəti isə Bakı Fond Birjasının 4.76%-lik səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər