6 C
Baku
Saturday, February 24, 2024

Azərbaycanda ipoteka müqavilələrinin sayı 12% artıb

2023-cü ildə Azərbaycanda 81 762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci il ilə müqayisədə 8 785 ədəd və yaxud 12 % çoxdur.

İpoteka müqavilələrinin 52 %-i və yaxud 42 484-ü Bakının payına düşüb.

53cb42a9 bd5b 368b 96be 3446dac9400fAzərbaycanda ən çox girov qoyulan daşınmaz əmlak mənzildir. Ötən il 45 532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Girov qoyulmuş 81 762 əmlakdan 16 750-si torpaq sahəsi, 11 866-sı isə fərdi yaşayış evi olub.
2a428618 b8fd 36a8 8533 d1e818347cdb

2023-cü ildə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi idarəsinin payına düşüb. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə Qəbələ, Şamaxı və Şəmkir ərazi idarələridir.

57bd78e8 dcfe 3e10 8ffa 6a86c2a48f53

Ötən il girov qoyulmuş fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər Gəncə, Xaçmaz, Bərdə və Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

d0284347 0de5 3e09 9ad4 78f8f6e2999d

Hesabat dövründə ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü Xaçmaz, Bakı və Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə Ucar və Cəlilabad ərazi idarələrinin əhatə etdiyi rayonlardır.

b2085eaa 413c 3726 a9c8 04286dc85684
Son xəbərlər
Digər xəbərlər