27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda kameral vergi yoxlaması ilə bağlı tələblərdən biri götürülür: Bu nə deməkdir?

İqtisadiyyat naziri Mikayıl Cabbarovun qərarı ilə Azərbaycanda komeral vergi yoxlamalarına diar tələblərdən biri ləğv edilib.

Banker.az xəbər verir ki, nazirin 5 dekabr 2022-ci il tarixli qərarı ilə Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 8.2.7.18-ci yarımbəndi ləğv edilib.

Kameral vergi nədir?

Kameral yoxlama vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Yoxlama vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Bu qaydanın 8.2.7-ci bəndinə görə, mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılırdı.

8.2.7.18-ci bənd isə faizlər üzrə ödəmə mənbəyində tutulan vergi məbləğlərinin nəzərə alınmasının düzgünlüyünün araşdırılması ilə bağlı idi. Beləliklə, bu tələb ortadan qalxmış olur.

Son xəbərlər
Digər xəbərlər