Azərbaycanda POS-terminalların sayı dekabr ayı ərzində 164 vahid və ya 0.3% artaraq 57 120 ədəd təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, ölkədə POS-terminalların sayı ötən ilin eyni ayı ilə müqayisədə isə 15.3% və ya 10 348 vahid azalıb.
Məlumata əsasən, POS-terminalların 37 627 ədədi Bakıda, 19 493 ədədi isə regionlarda quraşdırılıb.
Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı dekabr ayı ərzində 27 ədəd və ya 1% artıb. Bankomatların sayı illik müqayisədə isə 3% və ya 68 vahid artıb. Bankomatların 1 429 ədədi Bakıda, 1 286 ədədi isə regionlarda quraşdırılıb.