5 C
Baku
Friday, February 23, 2024

Azərbaycanda sistem əhəmiyyətli sığorta şirkətləri müəyyən ediləcək

Azərbaycanda sistem əhəmiyyətli sığorta şirkətlərinin qiymətləndirilməsi üçün meyarlar təsdiq edilib.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nın təsdiq edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, cəmi aktivlərinin çəkisi 20%, sığorta yığımları 10%, sığorta müqavilələrinin sayı 10%, sığortaçının maliyyə təşkilatları qarşısındakı öhdəlikləri, maliyyə təşkilatlarında yerləşdirdiyi aktivləri və təkrarsığorta haqları 6,67% olan, xüsusi sığorta növləri üzrə sığorta (təkrarsığorta) haqları 30%, Sığorta (təkrarsığorta) portfelinin çeşidliliyi 10% olan sığortaçılar sistem əhəmiyyətli sığorta şirkətləri hesab ediləcək.

 

Sığortaçının sistem əhəmiyyətliliyi hər il üçün son 3 ilin illik hesabatlarına əsasən qiymətləndirilir. Əgər sığortaçı 3 ildən az müddətdə fəaliyyət göstərirsə, bu zaman fəaliyyətdə olduğu illər üzrə illik hesabatlar əsas götürülür. Sistem əhəmiyyətli sığortaçıların siyahısı isə hər il 1 mart tarixinədək Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər