23 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda tanınmış supermarketlər şəbəkəsinin sahibinin vəfatı xəbəri yalan çıxdı

“Bizim Market” mağazalar şəbəkəsinin sahibi iş adamı Rasim Salmanovun bu gecə qəflətən vəfat etdiyi barədə məlumat yalandır.

Banker.az xəbər verir ki, bu barədə “Marja”ya “Bizim market” mağazalar şəbəkəsinin rəhbərliyindən bildirilib.

“Mətbuatda yayımlanmış xəbər tamamilə yalandır və xəbərlərdə verilən məlumatlar səhvdir. Hazırda Rasim Salmanov öz işinin başındadır”, – şəbəkədən “Marja”ya bildirildi.


İlk paylaşım 14:02

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib.

Bankeraz-ın “AzPolitika”ya istinadən məlumatına görə, iş adamının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, qalmaqallı iş adamı olan Rasim Salmanov “Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, “Zövq İnşaat” tikinti şirkətinin, “Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, “Bakı”, “San Remo” və “Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən “Audi Bakı Mərkəzi”nin, “Cadillac Bakı Mərkəzi”nin və “Kilim mebel” salonunun sahibi idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər