13 C
Baku
Tuesday, May 21, 2024

Azərbaycandan Rusiyaya müxtəlif içkilərin satışı başlanıb

Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən biri olan “X5 Group” və Azərbaycan şirkətləri arasında ixrac müqavilələri imzalanıb. Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu ilin mayından indiyədək “X5 Group” Azərbaycanın “Aznar”, “Aqroazərinvest”, “Göygöl Şərab”, “Abşeron Şərab” və “TAC” şirkətləri ilə nar şirəsi, şərab və alkoqolsuz içkilərin Rusiyaya ixracı ilə bağlı müqavilələr imzalayıb. Artıq bir neçə müqavilə üzrə ixraca başlanıb.

Qeyd edək ki, “X5 Group” Rusiyada “Pyaterochka”, “Perekrestok”, “Karusel”, “Chizhik” kimi ticarət şəbəkələrini, həmçinin “Vprok.ru”, “Many Salmon” və “5Post” rəqəmsal biznesləri idarə edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər