22 C
Baku
Friday, April 19, 2024

Azərbaycanın energetika naziri Əlcəzairə səfər edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.

P. Şahbazov martın 2-də paytaxt Əlcəzair şəhərində keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Dövlət və Hökumət Başçılarının 7-ci Sammitində iştirak edəcək.

Sammitdə qaz sahəsində aparılan siyasət, son inkişaf və tendensiyalar, həmçinin üzv ölkələr tərəfindən qlobal enerji bazarında qarşıdakı dövrdə təbii qaz resurslarının roluna dair müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan GECF-də müşahidəçi üzv qismində təmsil olunur.

Son xəbərlər
Digər xəbərlər