10 C
Baku
Thursday, November 14, 2024

Azərbaycanın iqtisadi rayonları

Təbii şəraitinə görə ölkəmiz 5 təbii fiziki-coğrafi vilayətdən, təsərrüfat xüsusiyyətinə görə isə 10 iqtisadi rayondan ibarətdir. Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə –Qazax, Quba – Xaçmaz,Naxçıvan MR, Lənkəran, Kəlbəcər –Laçın , Şəki- Zaqatala,Yuxarı- Qarabağ, Azərbaycanın iqtisadi rayonlarıdır.

Abşeron iqtisadi rayonu

Şəhər əhalisinin sayına görə ən çox olan, Abşeron iqtisadi rayonunun tərkibinə Sumqayıt, Abşeron və Xızı şəhəri  daxildir. Bu iqtisadi rayonun ərazisi 3,29 min kv. Km, əhalisi isə 529,1 min nəfərdir. Abşeron iqtisadi rayonu üzrə əmanətlərin cəlb olunması 111421,7 min nəfər, region üzrə kredit qoyuluşu isə 307397,6 min manat təşkil edir.

Aran  iqtisadi rayonu – Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Mingəçevir, Yevlax və  Şirvan  şəhərlərindən ibarətdir. əhalinin sayı 1863,5 min nəfər, ərazisi isə 21,43 min kv. Kmdir. Bu iqtisadi rayon üzrə əmanətlərin cəlb olunması 103169,1 min manat, region üzrə kredit qoyuluşu isə 419384,3 min manat təşkil edir.

Dağlıq Şirvan iqtisadi rayonu –  Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından ibarətdir. Əhalisi 292 min nəfər, sahəsi isə 6,06 min kv. km dir. Region üzrə cəlb olunmuş əmanətlər 13229,6 min manat , kredit qoyuluşu isə 51417,3 min manatdır.

Gəncə- Qazax iqtisadi rayonu – Region Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərlərindən ibarətdir. Regionun əhalisi 1205.2 min nəfər, ərazisi isə 12,48 min kv. Kmdir. Gəncə- Qazax iqtisadi rayonu üzrə əmanətlərin cəlb olunması 36304,4 min manat, region üzrə kredit qoyuluşu isə 152769,8 min manatdır.

Quba- Xaçmaz iqtisadi rayonu – Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından ibarətdir. Iqtisadi rayonun ərazisi 6,96 min kv. Km, əhalisi isə 505,4 min nəfərdir. Quba-Xaçmaz iqtisadi rayonu üzrə kredit qoyuluşları 50073,0 min manat, region üzrə cəlb olunmuş əmanətlər isə 16945,3 min manatdır.

Naxçıvan MR – Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa,  Şahbuz, Kəngərli və Sədərək rayonlarından ibarətdir. Ərazisi 5,5 min kv. Km, əhalisi isə 418,5 min nəfərdir. Naxçıvan MR üzrə kredit qoyuluşları 84868,7 min manat ,cəlb olunmuş əmanətlər isə 23183,8 min manatdır.

Lənkəran iqtisadi rayonu – Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran rayonlarından ibarətdir.İqtisadi rayonun ərazisi 6,07 min kv. Km, əhalisi isə 868,1 min nəfər təşkil edir. Qeyd olunan iqtisadi rayon üzrə kredit qoyuluşları 125427,2 min manat, region üzrə cəlb olunmuş əmanətlər isə 30913,0 min manat təşkil edir.

Şəki –Zaqatala iqtisadi rayonu – Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarından ibarətdir. Bu iqtisadi rayonun əhalisi 587,7  min nəfər, ərazisi isə 8,96 min  kv. Km dir. Region üzrə cəlb olunmuş əmanətlər 15990,9min manat, kredit qoyuluşları isə min manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər