28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın pomidor istehsalçısının kapitalı daha 1 milyon manat azaldıldı

İstixanalarda pomidor yetişdirən “Agroterm” MMC -nin nizamnamə Kapitalı 1 000 000 AZN məbləğində azaldılması qərara alınıb.

Banker.az xəbər verir ki, nəticədə “Agroterm” MMC -nin nizamnamə kapitalı 19 milyon 91 min 765 manata düşüb. Şirkət 20 milyon 91 min 765 manat kapitala malik idi.

Qeyd edək ki, ötən ay şirkət nizamnamə kapitalını 4 milyon 620 min 690 manat azaltmışdır.

Xatırladaq ki, 2017-ci ildən fəaliyyət göstərən “Agroterm” MMC-nin Baş meneceri Elmar Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər