8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanın sığorta bazarı 12%-ə yaxın böyüyüb

2024-cü ilin yanvar-iyun ayında Azərbaycanda sığorta yığımlarının həcmi 725 milyon 162 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12%-ə yaxın çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 356 milyon 633 min manat olub ki, bu da 58.5% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 648 milyon 945 min manat, sığorta ödənişlərinin həcmi isə 225 milyon 32 min manat olub.

Son xəbərlər
Digər xəbərlər