20 C
Baku
Monday, October 7, 2024

Azərbaycanın tədiyə balansında ilin ilk yarısında $648 mln. profisit olub

2024-cü ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansında 648.1 milyon ABŞ dolları həcmində profisit yaranıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənib. Məsələn, keçən ilin eyni dövründə tədiyə balansındakı profisit 5 245 mln. dollar idi.

Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, Azərbaycanın tədiyyə balansının tarazlığını saxlamaq üçün dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 40-45 ABŞ dolları olmalıdır.

“Hazırda neftin qiyməti ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur”, – deyə Samir Nəsirov bu günki press-konfransda qeyd edib.

Cari əməliyyatlar balansında 2.6 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar) isə 2.2 mlrd. dollarlıq kəsir yaranıb.

Bu dövrdə xam neftin orta qiyməti 86$/barel olub. Qlobal bençmar sayılan Brent neft cari ilin ikinci rübündən etibarən 80 dollar/bareldən aşağı düşüb. Hazırda 70 dollar/bareldən baha satılır.

 

324234

Son xəbərlər
Digər xəbərlər