16 C
Baku
Wednesday, October 16, 2024

Azərbaycanın turizmdən gəlirlərinin artması balansdakı kəsiri azaldıb

2022-ci il üzrə xarici dövlətlərlə Azərbaycanın turizm xidmətləri balansında 69.4 mln. dollar həcmində kəsir yaranıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə tədiyə balansı ilə bağlı açıqlamasında deyilir.

2021-ci ildə turizm xidmətləri balansında kəsr 300 mln. dollar idi.

Kəsirin artmasına səbəb turizm ixarcının kəskin artmasıdır. Belə ki, turizm üzrə idxal 2022-ci ildə 892.7 mln. dollar, ixracı 823.3 mln. dollar olub ki, bu da rezidentlərin xaricdə xərclərinin, qeyri-rezidentlərin Azərbaycandakı xərclərini üstələməsidir. 2021-ci ildə idxal 600 mln. dollar ətrafında olduğu halda, ixrac 300 mln. dollar idi.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 53%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2 dəfə artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.9 mlrd. dollar olub. Bunun 80.3%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Son xəbərlər
Digər xəbərlər