10 C
Baku
Wednesday, November 13, 2024

Azərbaycanın xariclə ticarət dövriyyəsi 2023-cü ilə azalma ilə başlayıb – RƏSMİ

2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 73 ölkəyə məhsul ixrac olunmuş, 132 ölkədən idxal olunmuşdur.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 591.4 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 3 milyard 178.7 milyon dollarını və ya 69.2 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 412.7 milyon dollarını (30.8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyared 766.0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15.6 faiz, real ifadədə 3.9 faiz, o cümlədən idxal 18.7 faiz artmış, ixrac isə 1.0 faiz azalmışdır.

2023-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22.5 faiz, real ifadədə 19.8 faiz artaraq 284.5 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 19.8 faizi İtaliya, 12.2 faizi Türkiyə, 10.2 faizi Rusiya, 7.2 faizi İsrail, 5.8 faizi Çin, 5.7 faizi Fransa, 4.9 faizi Almaniya, 3.3 faizi Hindistan, 2.8 faizi Vyetnam, 2.7 faizi Çexiya, 2.1 faizi Gürcüstan, 2.0 faizi Türkmənistan, hər biri 1.8 faiz olmaqla Rumıniya və Avstriya, hər biri 1.7 faiz olmaqla İrlandiya və Yunanıstan, 1.5 faizi Qazaxıstan, hər biri 1.3 faiz olmaqla ABŞ və İran, 10.2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Son xəbərlər
Digər xəbərlər