9 C
Baku
Thursday, December 26, 2024

“Azərenerji”: “Yaxın günlərdə Ukraynaya yardımın növbəti hissəsi göndəriləcək”

“Azərenerji” ASC tərəfindən Ukraynaya bu gün yük avtomobil karvanı ilə Qobu Enerji Qovşağının ərazisindən göndərilən humanitar yardıma 45 güc transformatoru və 50 generator daxildir.

Bunu ASC-nin səlahiyyətli nümayəndəsi Səməd İslamov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumi dəyəri 1 milyon 422 min manat, çəkisi 52 ton olan yardımın ilk hissəsi hazırda yola çıxır: “Növbəti hissəsi isə yaxın günlərdə göndəriləcək”.

S. İslamov qeyd edib ki, Azərbaycan və Ukrayna arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur: “Ümumiyyətlə bu iki dövlət və iki xalq arasındakı münasibətlərin zəngin tarixi var. Hazırda Ukraynanın böhranlı və çətin günlərində yenə də Azərbaycan dost Ukrayna xalqının yanındadır və dost ukraynalılar üçün növbəti humanitar yardımı göndəririk”.

S. İslamov vurğulayıb ki, baş verən hadisələr nəticəsində Ukraynanın infrastrukturuna çox ciddi zərər dəyib: “Bu baxımdan Ukrayna ərazisində enerji təminatı baxımından böyük problemlər yaşanır. Məhz ona görə, Azərbaycan dövləti elektrik avadanlıqlarından ibarət növbəti yardımı Ukraynaya yola salır. Ukrayna xalqına tezliklə sülhün bərqərar olmasını arzulayırıq və bu yardımlar mütəmadi olaraq göndəriləcək”.

Son xəbərlər
Digər xəbərlər