17 C
Baku
Sunday, May 19, 2024

“Azərlotereya”dan 2000 manata gəlirli biznes imkanı

®Azərbaycanda az pulla biznes qurmaq, gəlir əldə etmək arzusunda olan insanlar çoxdur. Amma heç də hamı kiçik sərmayə ilə biznesə başlamağın yollarını bilmir, bunun üçün real ideyalara sahib olmur. Bütün dünyada şans oyunlarına olan marağı nəzərə alsaq, lotereya sahəsinin necə gəlirli biznes olduğunu müşahidə edərik. Üstəlik bu sferada müasir texnologiyaların tətbiqi daim inkişaf edən uğurlu biznesdən xəbər verir. Bu əsasla həm qazanıb, həm də qazandırmaq istəyənlərə sevindirici təklif var.

Belə ki, ölkənin qanuni lotereya təşkilatçısı “Azərlotereya” öz biznesini qurmaq arzusunda olanlar üçün yeni imkanlar yaradır. “Azərlotereya”nın yeni layihəsinə əsasən, biznesə başlamaq üçün sadə şərtlərə əməl etmək və kiçik vəsait yatırmaq kifayətdir.

Şans mərkəzi

İstənilən şəxs sahəsi 15-20 kvadrat metr olan ictimai iaşə müəssisəsində (çay evi, kafe, pub, restoran və s.) şans mərkəzi yarada bilər. Bu məqsədlə “Azərlotereya” ilə müqavilə bağlamaq, 2000 manat depozit qoymaq və bir ədəd televizor almaq kifayətdir.

Məkanın daxili quruluşu, avadanlıqların yerləşdirilməsi ilə bağlı tələblər də sadədir. Razılaşmaya uyğun olaraq həmin şans mərkəzində “Azərlotereya” tərəfindən terminal quraşdırılır. Terminal vasitəsilə “Ekspress Keno” və tirajlı lotereya biletlərinin satışı həyata keçirilir. Həmçinin çoxlarının sevimlisi “Poz-Qazan” lotereya biletlərini də buradan əldə etmək mümkündür.

Virtual lotereya oyunu olan “Ekspress Keno” üçün isə bir televizorun olması tələb edilir. Monitor minimum 82 sm diaqonal ölçüsündə olmalı və internetə qoşulmalıdır.

Reklam xərci yoxdur

Bu biznesin müsbət tərəflərindən biri də əlavə reklam xərcinin olmamasıdır. “Azərlotereya” bütün marketinq kommunikasiyalarını özü həyata keçirir. Məsələn, şans mərkəzi reklam lövhələrinin quraşdırılması, eləcə də lotereya məhsullarına dair poster materialları ilə təmin edilir.

Sahibkarın gəliri necə formalaşır?

Depozit kimi qoyulan 2000 manat terminalın texniki sazlığının qorunması və oyun limiti üçün istifadə ediləcək.

Razılaşmaya əsasən, məntəqədəki “Ekspress Keno”nun dövriyyəsinin 10 faizi, tirajlı lotereyaların 7 faizi, “Poz-Qazan” dövriyyəsinin isə 5 faizi sahibkara çatır.
Beləliklə, sahibkar 2000 manat və internetə giriş imkanı olan bir ədəd televizor almaqla bu biznesə rahatlıqla başlaya bilər.

Şans mərkəzində hansı oyunlar oynanılır?

“Ekspres Keno”da hər 5 dəqiqədən bir 1 000 000 manat qazanmaq şansı var. Hər gün saat 19:45-də “Xəzər TV”, eləcə də “Azərlotereya TV” yutub kanalında canlı yayımlanan “Super Keno”da 1 000 000 manat böyük uduş, “MEQA 5/36”da 200 000, həftənin 1, 3, 5 və 6-cı günləri isə “4+4” oyununda 250 000 manatdan böyük cekpota sahib olmaq imkanı var. Eyni zamanda, “Meqa 5” oyununda hər gün 1 000 manat uduş şanslı qalibini gözləyir. “Poz-Qazan” oyunlarında isə 25 000-dən 200 000 manatadək böyük uduş və milyonlarla müxtəlif uduşlar uğrunda bəxtinizi sınaya bilərsiniz.

Risksiz biznes imkanına necə qoşulaq?

Bu biznesin ən üstün tərəflərindən biri də onun risksiz olması, sahibkara maddi zərər vurmamasıdır. Belə ki, biznesə başlayan şəxs bir müddət fəaliyyət göstərdikdən sonra işini dayandırmaq istədikdə öncədən yatırtdığı 2000 manat sərmayəni “Azərlotereya” geri qaytarır.

Nəzərə alsaq ki, sahibkar fəaliyyətə başlamamışdan öncə xüsusi avadanlıq, masa, oturacaq almır, eyni zamanda obyektdə təmir işləri aparmır, o halda onun hər hansı maddi itkisi olmur. Yeni biznesə başlayanlara belə bir əlverişli imkanın yaradılması bu işin cəlbediciliyini artırır. Bir sözlə, həm gəlir, həm də maraqlı təcrübə qazanmaq üçün bu biznesin bir parçası olmağa dəyər. Maraqlanan şəxslər “Azərlotereya”nın *2080 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər