16 C
Baku
Wednesday, May 15, 2024

Azər Türk Bank kredit kampaniyasını davam etdirir

(R) Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətini
31 avqust 2022-ci il tarixinədək uzatdı.

İllik faiz dərəcəsi 13%-dən başlayan bu kreditlər 48 ay müddətinədək verilir.

Müştərilər, özlərinin aylıq gəlirindən asılı olaraq, 30 000 manatadək kredit əldə edə
bilərlər. Təminatsız verilən kreditin məbləği maksimum 15 000 manatdır.

Azər Türk Bankdan kredit əldə etmək asan və rahatdır. Belə ki, hər bir şəxs Banka
gəlmədən, atb.az saytında istehlak krediti bölməsinə daxil olur. Online sifariş üçün
açılan pəncərədə kreditin məbləğini, müddətini təyin edir. Daha sonra FİN kod daxil
edilir. Sifariş et düyməsinə toxunmaqla əməliyyat başa çatır. Müştəri Bankın məsafəcə
ən yaxın filialında kredit vəsaitini əldə edir.

Qeyd edək ki, kreditlər üzrə ödənişləri banka gəlmədən, atb.az saytına daxil olmaqla,
online qaydada, atb360 mobil tətbiqi, Bankın terminalları, eləcə də MilliÖn və E-manat
terminalları vasitəsilə heç bir komissiyasız yerinə yetirmək olar.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın
sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud
945 nömrəli  Çağrı Mərkəzindən  əldə edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər