-1 C
Baku
Sunday, December 15, 2024

Azər Türk Bank növbəti dəfə tarifləri endirdi®

Dövlət bankı Azər Türk Bank mövcud vəziyyətlə əlaqədar həyata keçirilən #evdəqal kampaniyasına və bisnes subyektlərinə dəstək verməklə, korporativ müştərilərin bank əməliyyatlarına növbəti güzəştlər etmişdir.

Belə ki, Bankda 04.05.2020-ci tarixindən etibarən “ATB Business” internet bankçılıq xidməti vasitəsilə icra edilən respublikadaxili köçürmə əməliyyatları üzrə tariflərin növbəti dəfə endirilməsinə dair qərar qəbul olunmuşdur.

Eyni zamanda, Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştəriləri cari ilin 31 may tarixinədək “ATB Business” internet-bankçılıq xidmətinə qoşulduqda, ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün əməliyyatlar komissiyasız həyata keçirləcəkdir.

“ATB Business” xidməti  bank əməliyyatlarını geniş çeşidini banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə həyata keçirməyə, o cümlədən hesablar, kreditlər və əmanətlər barədə məlumatların nəzərdən keçirilməsi, xarici ölkələrə və  ölkədaxili köçürmələri, əməkhaqqı, ƏDV və başqa büdcə ödənişləri, çıxarışların əldə edilməsi və  digər əməliyyatları yerinə yetirməyə imkanlar verir.

Azər Türk Bankda hesab açmaq və “ATB Business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.

Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər