“Azər Türk Bank” 2025-ci ili 10 milyon 131 min manat mənfəətlə başa vurub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Azər Türk Bank”ın cəmi gəlirləri 165 milyon 89 min manat (əvvəlki ilə nisbətən 13% çox), cəmi xərcləri isə 143 milyon 184 min manat təşkil edib.
Hesabat dövründə bankın cəmi aktivləri 5% artaraq 2 milyard 188 milyon manat olub. Onun 787 milyon 352 min manatı müştərilərə verilmiş kreditlərdir.
“Azər Türk Bank”ın depozit portfeli 1 milyard 554 milyon manat olub ki, bu da illik müqayisədə 6.4% artımdır. Fiziki şəxslərin depozitləri 213 milyon 127 min manatdan 232 milyon 7 min manata, hüquqi şəxslərin depozitləri 1 milyard 247 milyon manatdan 1 milyard 322 milyon manata çatıb.






