2019-cu ildə ölkənin ikinci dövlət bankı – “Azər-Türk Bank” ASC, səhmdarlarına 300 min manat divident ödəyib.
Banker.az xəbər verir ki, buna dair ATB-nin ötən il üzrə maliyyə hesabatında qeyd edilir.
“Azər-Türk Bank” – səhm kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4%-i Türkiyənin “Zıraat Banka”sına, 1,1%-i “Zıraat Bank İnternational”a, 6,5%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.