1 C
Baku
Saturday, December 14, 2024

Azər Türk Bank yeni “Avans” əmanətinin tətbiqinə başladı

Daim müştərilərinin rifahı qayğısına qalan Azər Türk Bank 12 noyabr tarixindən yeni “Avans” əmanəti növünün tətbiqinə başlayıb. Belə ki, əmanətini Azər Türk Banka etibar edən müştərilər bir illik faiz məbləğini elə həmin gün əldə edə biləcəklər. Hesablanan faiz məbləği, müştərinin arzusuna uyğun, nağd olaraq veriləcək yaxud onun cari hesabına köçürüləcəkdir. Qeyd edək ki, cari hesaba köçürülmüş əmanət faizlərinin müştəri tərəfindən nağdlaşdırılması zamanı komissiya haqqı tutulmayacaqdır.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər