Azər Türk Bank-a yeni sədr təyin edilib. Bankın sabiq rəhbəri Fərhad Adıgözəlov vəzifəsindən azad edilmişdir. Banker.azın öz mənbələri ilə dəqiqləşdirmə apardıqdan sonra, Azər Türk Bank-a artıq yeni sədr, Xalid Əhədovun təyin olunduğu təstiqlənib.
İdarə Heyəti sədrinin müavini Afiq Xudayev də tutduğu vəzifədən azad olunub.
Məlumat üçün bildirək ki, Xalid Əhədov bundan əvvəl Bank Standard-a sədr təyin edilmişdir. Verilən məlumata görə, onun yaxınlarda Azərbaycanın iri banklarından birində işə başlaması ehtimal olunsada, sonradan Azər Türk Banka sədr gətirilməsi qərarı verilmişdir.