10 C
Baku
Thursday, December 12, 2024

Xalid Əhədov

Qisa informasiya

Xalid Əhədov

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.

1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. “Bank of Baku”-da (1999–2012), “Unibank”-da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin “Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, “Millikart” prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.

2016-cı ildə “AzərTürkBank”-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.

2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir.

Azərbaycan Respublikasının İqtisadi Şurasının, “ABB” ASC-nin, “Azərbaycan Hava Yolları” QSC-nin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının üzvü, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının sədridir.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər