9 C
Baku
Thursday, December 12, 2024

Azər-Türk Bankdan +3% kredit!

Əmanət (depozit) qarşılığında kredit xəttindən və kredit kartından istifadə edə bilərsiniz. Əlavə olaraq müştərilər əmanətin illik faiz dərəcəsinin üzərinə 3% əlavə olunmaqla nağd pul krediti əldə edə bilərlər.

Misal üçün: Müştəri 12 ay müddətlik əmanət yerləşdiribsə, bu zaman əmanəti yerləşdirdiyi 10%-ə 3% əlavə olunur və illik faiz dərəcəsi 13% təşkil edir. Kreditin maksimal məbləği əmanətin 90% miqdarında ola bilər, 36 aylıq rəsmiləşdirmək mümkündür.

Əmanətin təminatı əsasında, əmanət məbləğinin 90%-nə kimi kart üzrə kredit xətti açıla bilər. Bundan başqa əgər əmanət ən azı 12 ay müddətli olarsa, onda 50 000 AZN/USD məbləğinədək əmanət sahiblərinə 40 günədək faizsiz 5 000 AZN/USD kredit xətti olan MasterCard Standard təqdim olunur. 50 000 AZN/USD məbləğindən yüksək əmanət sahiblərinə 40 günədək faizsiz 10 000 AZN/USD kredit xətti olan MasterCard Gold, 100 000 AZN/USD məbləğindən yüksək əmanət sahiblərinə isə 40 günədək faizsiz 15 000 AZN/USD kredit xətti olan MasterCard Platinum kredit kartı hədiyyə verilir.

Son xəbərlər
Digər xəbərlər