9 C
Baku
Thursday, December 12, 2024

Azər Türk Bankdan bayramlar münasibətilə endirim kampaniyası ®

Azər Türk Bank qarşıdan gələn Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə 4 mart tarixindən etibarən yeni endirim kamaniyasına başlayır.

30 mart tarixinədək davam edəcək bu kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 1%-dən 3%-dək endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaqdır. Əlavə olaraq, iki min manatdan artıq kredit götürən müştərilərə bir illik Gold kartı hədiyyə ediləcəkdir.

 

Kreditin müddəti

Kampaniya üzrə faiz dərəcəsi

12 ay

18%

24 ay

20%

36 ay

22%

 

Həmçinin, kampaniya ərzində Bank müştərilərə fiziki şəxlər üçün nəzərdə tutulmuş güzəşt müddətli kredit kartlarını sərfəli şərtlərlə təklif edir. Eyni zamanda, kredit götürən müştərilərə, kreditin müddətinə uyğun olaraq, Gold kartı hədiyyə olunur.

Kampaniya müddətində Gold kartları hər kəs üçün dəyərinin 50 faiz həcmində endirimlə təklif ediləcəkdir.

4 – 30 mart tarixləri arasında plastik kart əldə etmək üçün Banka müraciət edən bütün xanımlara Beynəlxalq Qadınlar Günü münasibətilə bir illik Gold kartı hədiyyə ediləcəkdir.

Daha bir sərfəli yenilik əmanətçələr üçün nəzərdə tutulmuşdur. Belə ki,kampaniya zamanı milli valyutada 36 ay müddətinə açılan “Klassik” əmanətinin faizləri 1% artırılmaqla illik 10,5 – 11 faiz səviyyəsində olacaqdır.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az  saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər