10 C
Baku
Friday, December 13, 2024

Azər Türk Bankdan korporativ müştəriləri üçün yeni unikal əməkhaqqı kartı

®Dövlət bankı Azər Türk Bank yeni, unikal və daha sərfəli əməkhaqqı kartı məhsulunu korporativ müştərilərinə təqdim edir.

Belə ki, əməkhaqqı layihəsi çərçivəsində Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştərilərinin əməkdaşları üçün nəzərdə tutulan əməkhaqqı kartı ilə ATB Card məhsulunun funksiyaları birləşdirilərək vahid kart yaradılmışdır.

Yeni ATB Card əməkhaqqı kartı tam funksionallıdır və onun əsas özəlliyi bu kart vasitəsilə ticarət və xidmət müəssisələrində edilən ödənişlərin 30%-dək hissəsinin keşbek olaraq hesaba qaytarılması və kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanmasıdır.

Kart sahibləri, həmçinin, həm Azər Türk Banka məxsus, həm də ölkədə fəaliyyət göstərən digər bankların ATM və POS-terminalları vasitəsilə vəsaiti komissiya ödəmədən nağdlaşdırma imkanına malikdirlər. 

ATB360 Mobil əlavə, SMS bildiriş xidmətlərinə qoşulma və istifadə ödənişsizdir. Banka məxsus ATM, internet səhifəsi və ATB360 Mobil əlavə vasitəsilə Card to Card – kartdan ölkənin istənilən bankının kartına pul köçürülməsi müqabilində heç bir faiz tutulmur.

Əməkhaqqı kartlarını korporativ müştərilər üçün rahat və etibarlı ATB Business internet bankçılıqdan onlayn sifariş etmək mümkündür.

Bankın biznes məhsullarından istifadə üçün onlayn qaydada http://hesab açmaq daha rahatdır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər