10 C
Baku
Wednesday, December 11, 2024

“Azər-Türk Bank”ın kredit portfeli 34,4 % artıb

“Azər-Türk Bank” ASC-nin bu il cəmi aktivləri 330,17 mln manat təşkil edib.

Banker.az bu barədə Bankın 31.03.2019-cu il tarixinə olan maliyyə hesabatına istinad edir.

Ötən ilin eyni dövründə isə “Azər-Türk Bank” ASC-nin cəmi aktivləri 310,50 mln manat olub ki, bu da bankın cəmi aktivlərində 6,3 % artım deməkdir.

“Azər-Türk Bank”ın aktivlərinin 157,35 mln manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Belə ki, ötən ilin analoji dövrüylə müqayisədə bu il bankın kredit portfeli 34,4 % artıb.

“Azər-Türk Bank”ın cəmi öhdəlikləri 2018-ci ilin müvafiq dövrüylə müqayisədə  8% artaraq 376,31 milyon manatcəmi kapitalı isə 1,4% azalaraq 53,9 mln manat olub.

Xatırladaq ki, “Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər