3 dekabr 2018-ci il saat 11.00-da “Azər-Türk Bank” ASC-nin inzibati binasında səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az bu barədə Bankın ictimaiyyətə açıqladığı məlumata istinad edir. Lakin, yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmayıb.
Məlumatdda vurğulanır ki, ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilmişdir. Gündəlik üzrə materialları “Azər-Türk Bank” ASC-dən əldə etmək olacaq.
Xatırladaq ki, “Azər-Türk Bank”ın nizamnamə kapitalı hazırda 50 mln. manat olmaqla səhmlərinə 1 dövlət qurumu Əmlak Məsələləri Dövlət Komitəsi (75%) , 4 hüquqi şəxs- “Ziraat Bankası” (12,4%), “Azre” (6,5%), “Qala Həyat” (5%) və “Ziraat Bank İnternational” (1,1%) nəzarət edirlər.