“Azəralüminium” MMC “ADY Konteyner” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 3000 ton (110 konteyner) miqdarında bişmiş anod blokları yükünün Çinin “Qujing” dəmir yol stansiyasından Gəncə stansiyasına daşınmasın satınalması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 150 500 manatdır.