12 C
Baku
Wednesday, December 11, 2024

“Azəralüminium”nin ixracdan gəlirləri 35% azalıb

“Azəralüminium” MMC-nin ixrac etdiyi alüminiumun həcmi 2023-cü ilin birinci rübüdə azalıb.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasına istinad edir.

Qeyd edilir ki, hesabat müddətində 32.8 milyon dollar məhsul ixrac edib və bu öncəki ilin eyni dövründən 35% azdır.

DGK isə ilin ilk rübündə ümumi olaraq Azərbaycanın xaricə 20.13 min ton həcmində alüminiumu 54.38 milyon dollara ixrac etdiyini açıqlamışdı və illik 22% azdır.

“Azəralüminium” MMC Azərbaycan Sənaye Korporasiyasının strukturundadır və ölkənin əlvan metallurgiya sənayesinin aparıcı şirkəti olaraq, gil-torpaqdan (aluminium oksidi), ilkin alüminium və aluminium yarımfabrikat (alüminium külçə, tökmə rulonları, soyuq yayma rulonları, lövhələri və zolaqları, həmçinin boyanmış rolunlar, pəncərə içlikləri) məhsullarının istehsalını həyata keçirir. “Azəralüminium” MMC-nin əsas istehsalan sahəsi – “Gəncə Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və ictimai obyektlər daxildir. Alüminium Kompleksi müasir, avtomatlaşdırılmış, texnologiyalar istifadə etməklə ildə 54 000 ton ilkin alüminium istehsal edir.

Son xəbərlər
Digər xəbərlər