-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan əhalisi 155 milyon manat kredit ödədi

Gəlirlərin 80%-dən çoxu istehlak xərclərinə yönəldilib.

2016-cı ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin yanvar ayı ilə müqayisədə 8% artaraq 480,1 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.

2016-cı ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 10,2% artaraq 6 milyard 459,3 milyon manata çatıb.

Gəlirlərin 81%-i və ya 5 milyard 232 milyon manat son istehlak xərclərinə, 10,7%-i və ya 691 milyon 145 min manat vergilərin, sığorta və üzvlük haqlarının, 2,4%-i və ya 155 milyon manat kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 5,9%-i və ya 381 milyon 99 min manat isə yığıma yönəldilib.

Son xəbərlər
Digər xəbərlər