7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan əhalisi bahalı nağd rubllarını banklara satmağa başlayıb – REKORD ALIŞ

Azərbaycanda rus valyutasının bahalaşmasından sonra onu banklarda mübadilə etməyə gələnlərin sayı xeyli yüksəlib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin may ayında banklar əhalidən nağd şəkildə 2 milyard 055.59 milyon rubl alıblar. Bu da öncəki ayla müqayisədə 57%, ötən ilin mayı ilə müqayisədə isə 51% çoxdur. Bankların əhalidən aldığı bu alış həcmi AMB-nin indiyə qədər təqdim etdiyi ən böyüyüdür.

Rusiyanın Ukraynayananın bir neçə şəhərində apardığı müharibədən sonra, Qərb onu sərt sanksiyalarla məruz qoydu. Fevralın son həftəsində başlanan müharibədən sonra milli valyutası rubl tarixi anti-rekordunu yeniləmişdi. 2022-ci ilin martın ilk dekadasında 1 ABŞ doları 150 rubla qədər zirvə yaşadı. Həmin dövrdə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsində isə bir rubl 0.0131 manata qədər minimumlar yaşamışdı. Sonradan isə rublun məzənnəsi bahalaşaraq aprel ayında 1 dollar üçün 80 rubldan, mayda isə 70 rubldan aşağı ticarət olundu. İyunayının sonları isə artıq 1 dollar 55 rublla ticarət edilir. Bu da son 7 illik minimaldır. Rubl 2015-in iyunundan bu tərəfə itirdiyi dəyəri tam bərpa edib. Lakin xarici analitiklər bunun hansı müddətə qədər dayana bilməsini proqnoz edə bilmir. Ətraflı bu barədə.

Yuxarıdakı məzənnəni xatırladmaqda məqsəd isə qeyd edilən dövr üçün Azərbaycan əhalisinin əlindəki nağd rublu dəyişməklə bağlı tərəddüdür. Məsələn, mart ayında əhali banklara əlindəki rubldan cəmi  223 milyon rublu mübadilə etmişdilər ki, bu da rublun ölkəmizdə əhali tərəfindən son 12 ildə ən az satışıdır.

Əhali Rusiya Bankı və hökumətinin inzibati qaydada rublu bahalaşdırmasını görüncə aprel ayında banklara dəyişmək üçün axın etmiş, 1 mlrd. 309.4 mln. rubl satmışdılar.

May ayında rublun 1 rublu 0.0248 manat məzənnə ilə ortalama konvertasiya edilib. Bu da hətta 2020-ci ilin fevralından bu tərəfə maksimal qiymətdir.

3242342345436757657557

Son xəbərlər
Digər xəbərlər