10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan əhalisi geyimə 1 milyard manatdan çox pul xərcləyib

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 88.6 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 2.2 dəfə, geyim istehsalında 37.1 faiz, toxuculuq sənayesində 6.7 faiz artım müşahidə olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 1 milyard 304.5 milyon manat vəsait xərclənib, bu da illik müqayisədə 5.5% artım deməkdir.

Bu ilin təkcə yanvar ayında isə toxuculuq məhsulları, geyim və ayaqqabılara 659.9 milyon manat xərclənib.

Son xəbərlər
Digər xəbərlər