2019-cu ilin dekabr ayının 1-nə əhalinin banklardakı əmanəti 8 milyard 681,5 milyon manat təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2018-ci ilin dekabr ayının 1-nə isə əhalinin banklardakı əmanəti 8 milyard 73,5 milyon manat olub. Belə ki, illik müqayisədə ötən il əhalinin banklardakı əmanəti 608 milyon manat və yaxud 7,5% artıb.
2019-cu ilin noyabr ayı ilə müqayisədə isə banklarda əhalinin əmanətləri dekabr ayında 130 milyon manat (1,5%) azalıb.