2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan əhalisinin fond bazarına yatırımı 1 milyard manata çatdırılacaq

Azərbaycanda əhalinin kapital bazarına investisiyalarının cari 150 milyon manatdan potensial olaraq 1 milyard manata çatdırılması planlaşdırılır.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun bu gün təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib.

“Yüksək inkişaf potensialı olan kapital bazarları üzrə strategiya ölkəmizdə kapital bazarlarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır. Kapital bazarları üzrə əsas strateji hədəflər bazar infrastrukturunun inkişaf etdirilməsini, bazara olan etimadın gücləndirilməsini və dayanıqlığı, bazara çıxış imkanlarının genişləndirilməsini, investisiya alətlərinin çeşidinin artırılmasını əhatə edir. Bundan başqa, kapital bazarlarının ehtimal olunan potensialının qeyri-neft ÜDM-dә payının cari 10%-dən 14%-ə çatdırılması, effektiv nəzarət çərçivəsinin formalaşdırılması strategiyada nəzərdə tutulur”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər