2022-ci ilin yanvar-aprel aylarında əhalinin nominal gəlirləri ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 19.5% artaraq 20 463.2 mln. manata çatıb.
Banker.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində paylaşım edib.
Qeyri-neft-qaz sektorunda investisiyaların həcmi isə 17.9% artıb və 2 356.9 mln. manat olub.