3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyində dəyişiklik olub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının tərkibində dəyişiklik olub.

İndiyə qədər Şuranın üzvü olan “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımovu Bankın İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev əvəz edib.

Şuranın qalan üzvləri əvvəlki qaydada Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev (sədr), Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə, İqtisadiyyat Nazirliyinin Makroiqtisadi Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri Yalçın Əzizov, Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İH-nin sədri Abbas İbrahimovdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər